Çərşənbə, 08 May

"Fatih" Qara dənizdə qazıntılara başladı

image

Türkiyənin "Fatih" kəşfiyyat-qazma gəmisi Qara dənizin Sakarya ərazisindəki karbohidrogen bölgəsində "Türkali-5" quyusunun qazıntısına başlayıb.

Xəbər verilir ki, bu barədə Türkiyə Petrolleri Anonim Ortaklığı (TPAO) şirkəti sosial şəbəkə hesabından paylaşım edib.

Qeyd edək ki, "Fatih" Türkiyənin dənizdə ilk dərin kəşfiyyat-axtarış quyusunu "Tuna-1" yatağında qazandan sonra "Türkali-1" quyusunda 77 gün ərzində 3 min 920 metr dərinlikdə kəşfiyyat-qazma işləri aparıb. Bunun ardınca isə "Türkali" bölgəsində daha 3 quyu işlənilib.

Mütəxəssislər "Türkali-5" quyusunun yerləşdiyi rayonda zəngin qaz yatağının olduğunu ehtimal edirlər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56